Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gələcək gənclərin gözü ilə ...” adlı  tədbir keçirilmişdir.

02.02.2022

01 Fevral 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən  Gəncə Şəhər Mədəniyyət Mərkəzində 02 Fevral Gənclər günü münasibəti ilə “Gələcək gənclərin gözü ilə ...” adlı  tədbir keçirilmişdir.Tədbir 1-ci  və 2-ci Qarabağ döyüşlərində həlak olmuş gənclərin xatirəsinə həsr olunmuşdur.

     Tədbiri Gəncə Şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq tədbir iştirakçılarını salamladı və işğal altında olan torpaqlarımızın erməni işğalçılarından azad olunması uğurunda canlarından keçmiş şəhidlərimizin eyni zamanda bütün Azərbaycan şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

     Sonra qeyd etdi ki, 1996-cı il 2 Fevral tarixində Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən etibarən Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 2 Fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başladı. Ölkə gəncləri  Ulu Öndər Heydər Əliyevin davamçısı olan  Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasi kursunu  alqışlayır, bu siyasətin icrasında daim onun yanındadırlar.

    Gəncə Şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov çıxış edərək  qeyd etdi ki, 2 Fevralın Gənclər günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

    Ulu Öndər Heydər Əliyev demişdir: inanıram ki Azərbaycan gəncliyinin gələcəyi dahada fiziki, şüuru cəhətdən yüksək olacaqdır.

 Məhs bu gün Azərbaycan gəncləri  44 –günlük müharibədə  vətən üçün öz canlarını qurban verərək 30- il erməni əsarətində olan torpaqlarmızı azad etmişlər.

    Sonra söz musiqiyə verilir .Kurs rəhbəri Vüsal Əliyevin ifasında “Azərbaycanım” mahnısı səslənir.Musiqinin  sədaları altında kurs tələbələri rəks edirlər.  Aşıq Əli  sazda Vətənə həsr olunmuş  aşıq havaları səsləndirdi. İlk tibbi yardım kursunda  təhsil alan tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər

 

56.4 KB